Təqdimatda Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov və "Bir" tələbə-könüllü təşkilatının sədri Ülvi Əlizadə öz fikirlərini gənclərlə bölüşüblər.
Təqdimatda müxtəlif videoçarxlar nümayiş etdirilib, təşkilata üzv olma prosesi, könüllülük fəaliyyətinin üstünlükləri, həmçinin "kəşf et" və "zövq al" istiqamətləri çərçivəsində gənclər arasında əyləncəli oyunlar keçirilib.
Daha sora universitetimizin tələbəsi olan eyni zaman da "Bir" tələbə-könüllü təşkilatının "İlin Könüllü" nominasiyasına layiq görülən Aytac Əhmədova tələbələrə öz fəaliyyəti haqqında danışıb və onların da bu təşkilata qoşulmasına dəvət edib