Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının baş müəllimi Aysel Paşayevanın “Beynəlxalq iqtisadiyyatdakı gərginliyin Azərbaycan iqtisadiyyatına mümkün təsiri” mövzusuna həsr olunmuş elmi-metodiki seminarı baş tutmuşdur. Seminarda kafedranın professor-müəllim heyəti iştirak etmişdir. Çıxışdan sonra, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılmışdır. Elmi-metodiki seminar iclas iştirakçıları tərəfindən müsbət dəyərləndirilmişdir.
Həmçinin, İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf istiqamətləri” mövzusunda keçirilmiş elmi-praktiki konfransın təltif olunma mərasimi baş tutmuşdur.