Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrasının müəllimi Günay İsgəndərovanın “Temperatur ve fotoperiodun çuğundur yarpaq mənənəsinin biologiyasına təsiri” mövzusunda və kafedranın doktorantı Nurlana Qasımlının “KRAS və Pİ3K mutasiyalı endometrialkarsinoma toxumasının müvafiq inhibitorlarla (Pİ3K və PLK1) mono və kombinasiyalı terapiyası“ mövzusuna həsr olunmuş elmi-metodiki seminarları keçirilmişdir.
Elmi-metodiki seminarlarda kafedranın müdiri, a.e.ü.f.d., dos. Tamilla Kərimova və kafedranın professor-müəllim heyəti iştirak etmişlər. Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçilərə ünvanlanan suallar cavablandırılmışdır.