OYU-nun professoru Avrasiya Ekspert və Analitik Mərkəzinin tədbirində moderator qismində iştirak etmişdir

13 Yanvar, 2023

OYU-nun professoru Avrasiya Ekspert və Analitik Mərkəzinin tədbirində moderator qismində iştirak etmişdir

Bakıdakı Həştərxan Biznes Mərkəzində Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi, İqtisadiyyat, İdarəetmə və Biznes İnstitutu, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Avrasiya Ekspert və Analitik Mərkəzinin növbəti tədbiri keçirilmişdir.
Tədbir Azərbaycanın Avrasiyada iqtisadi inteqrasiyasının gücləndirilməsi prosesində iştirak perspektivlərinə, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulacağı təqdirdə əldə edə biləcəyi imkanların və üstünlüklərin təhlilinə həsr olunmuşdur.
Tədbirdə giriş sözü ilə çıxış edən OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, professor Elşad Məmmədov Azərbaycan ilə Aİİ arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etmişdir, həmçinin Azərbaycan ilə Aİİ arasında iqtisadi inteqrasiya əlaqələrinin inkişafı respublikanın iqtisadi inkişafının davamlılığını əhəmiyyətli dərəcədə gücləndirərək iqtisadiyyatın şaxələndirilməsinə güclü stimul verə biləcəyindən danışmışdır.
Tədbirin sonunda KİV nümayəndələri, ekspert, elmi ictimaiyyət, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri arasında Azərbaycanın Avrasiya iqtisadi inteqrasiyasında mümkün iştirakı mövzusu ətrafında müzakirələr aparılmışdır.
Tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə yanaşı, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Qazaxıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Aybek Şaripov, ekspert icmasının, Azərbaycanın, Qazaxıstan və Rusiyanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.