Odlar Yurdu Universitetində "Heydər Əliyev və 20 Yanvar həqiqətləri" adlı konfrans keçirilmişdir

19 Yanvar, 2023

Odlar Yurdu Universitetində "Heydər Əliyev və 20 Yanvar həqiqətləri" adlı konfrans keçirilmişdir

Odlar Yurdu Universitetində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və 20 Yanvar həqiqətləri" adlı konfrans keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Odlar Yurdu Universitetinin rektoru, profesor Əhməd Vəliyev, prorektorlar, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişdilər.
Tədbirin əvvəlində TGT-nin sədri Sevgiyyə Əliyeva tədbir iştirakçılarını salamlamış, geniş və əhatəli şəkildə məruzə etmişdir. Sonra isə 20 Yanvar faciəsini əks etdirən qısametrajlı sənədli film nümayiş olunmuşdur. Daha sonra Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin çıxışları dinlənilmişdir.
Sonda çıxış üçün söz Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevə verilmişdir. O, çıxışında 20 Yanvar və onun həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolundan, Azərbaycanın inkişafı və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışmışdır. Rektor qeyd etmişdir ki, məhz Heydər Əliyevin səyi və böyük xidmətləri nəticəsində gənc və müstəqil dövlət möhkəmlənərək XXI əsrə qədəm qoymuşdur. Onun uğurlu siyasəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilmişdir və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda professor Əhməd Vəliyev "İnşa-yazı", "Rəsm" və "Divar qəzeti" müsabiqələrində qalib gəlmiş Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin komandaları və müsabiqə iştirakçılarını mükafatlandırmışdır.