Odlar Yurdu Universitetinin müəllimi və tələbələri Bakı Avrasiya Universitetinin nəzdində fəaliyyət göstərən "Kitab klubu"nun növbəti müzakirəsində iştirak etmişdilər

24 May, 2022

Odlar Yurdu Universitetinin müəllimi və tələbələri Bakı Avrasiya Universitetinin nəzdində fəaliyyət göstərən "Kitab klubu"nun növbəti müzakirəsində iştirak etmişdilər

2022-ci il mayın 24-ündə Odlar Yurdu Universitetinin müəllimi, fil.ü.f.d. Sevinc Qəmbərovanın rəhbərliyi ilə magistrant Tuğra Xəlilova, 3-cü kurs tələbələri İncə Bəşirzadə, Elvar Musayev, Leyla Cəbrayılova, Günay Mustafayeva, 2-ci kurs tələbələri Pəri Muradlı və Şəlalə Abbasova Bakı Avrasiya Universitetinin nəzdində fəaliyyət göstərən "Kitab klubu"nun növbəti müzakirəsində iştirak etmişdilər. Yığıncaqda professor Ədalət Tahirzadə "Əsrimizin Siyavuşu" əsəri və müəllifi olduğu "İmperator Nadir şah Əfşar", "Ağaməhəmməd şah Qacar" kitabları haqqında məruzə etmişdir. Maraqlı faktlar və yeniliklərlə zəngin olan məruzə tələbələrin böyük marağına səbəb olmuşdur. Sonda tələbələrin fikirləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Tələbələr kitab hədiyyələri və sertifikatlarla təltif edilmişdilər.