Odlar Yurdu Universitetinin əməkdaşları “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda iştirak ediblər

26 Yanvar, 2023

Odlar Yurdu Universitetinin əməkdaşları “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda iştirak ediblər
Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov, Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müdiri, prof. Rəşid Cabbarov, kafedranın təhsildə sosial psixoloji xidmət bölməsinin rəhbəri David Poladov və kafedranın professor-müəllim heyəti Avropa İttifaqı tərəfindən maliyyələşdirilən BMT-nin qadınlar üzrə agentliyi və BMT-nin əhali fondu tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı üzrə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda Beynəlxalq konfransda iştirak etmişlər.
Konfransda genderyönümlü pedaqogika sahəsində beynəlxalq təcrübəni öyrənmək, aidiyyəti qurumların və mütəxəssislərin iştirakı ilə əməkdaşlıq platforması yaratmaq, genderyönümlü pedaqogika üzrə pedaqoji kadr hazırlayan ali və orta təhsil müəssisələrində ilkin pedaqoji və ixtisasartırma təhsilinin kurikulumuna inteqrasiya etmək və genderyönümlü təhsil mühitinin inkişafını təşviq etmək məqsədilə məruzələr dinlənilmiş və iştirakçıların sualları cavablandırılmışdır.