Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və tələbələri növbəti uğura imza atmışlar

27 Yanvar, 2023

Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və tələbələri növbəti uğura imza atmışlar

Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., professor Elşad Məmmədov və kafedranın baş müəllimi Aslan Əzimzadə Avrasiya İqtisadi Komissiyasının (AİK) İnteqrasiya və makroiqtisadiyyat naziri, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Qlazyevdən Avrasiya məkanında beynəlxalq iqtisadi və akademik əməkdaşlıq sahəsində gənclərin inkişafına verdiyi töhfəyə görə təşəkkür məktubu almışlar.
OYU-nun Biznesin idarə edilməsi ixtisasının tələbələri Səid Hüseynli Avrasiya məkanı ölkələrinin mal və xidmətləri ilə xarici ixrac bazarlarını fəth etmək üçün layihələrin komanda müsabiqəsində “İranla münasibətlərdə yumşaq elektrik alətlərindən məharətlə və incə istifadə” nominasiyası, Maksim Kanayçev isə “Dayanıqlı inkişaf məqsədlərinin təşviqi və Çin ilə iqtisadi əlaqələrin inkişafı” nominasiyası üzrə qalib olaraq diplomlarla təltif olunmuşlar.
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev onları qəbul edərək təbrik etmiş və gələcək fəaliyyətlərində daha böyük uğurlara imza atmalarını arzu etmişdir.