Polşanın Varşava Universitetində "Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu" layihəsi çərçivəsində növbəti görüş baş tutmuşdur

01 Fevral, 2023

Polşanın Varşava Universitetində "Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu" layihəsi çərçivəsində növbəti görüş baş tutmuşdur

Varşava Universitetində təşkil olunmuş görüşün əsas mövzusu Polşa Akkreditasiyası haqqında olmuşdur. Daha sonra Odlar Yurdu Universitetini təmsil edən Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dos. Qabil Qafarov və digər qonaqlar Varşava Universitetinin rektoru Mixal Zasada ilə görüşmüş və onun “Nə qədər müddətə strategiyanı necə planlaşdırmalı və prosesə kimin cəlb olunacağı”, “Maliyyə menecmentinin əsas meyarları”, ”HR siyasəti, akademik müəllimlərin və tədqiqatçıların hüquqları” kimi mövzularda məruzələrini dinləmişlər.
Görüşün ikinci hissəsində professor Yakub Brdulakın təqdimatında “Ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri”, “Milli akkreditasiya ilə bağlı göstəricilər” və “Keyfiyyətə nəzarət” kimi mövzular görüş iştirakçılarının nəzərinə çatdırılmışdır.
Sözügedən tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, ölkəmizin universitetlərindən rektorlar, müxtəlif sahələr üzrə prorektorlar və digər rəhbər şəxslər iştirak etmişlər.