OYU-nun dosenti və tələbəsinin USAID özəl sektorun inkişafı layihəsi çərçivəsində Azərbaycanın cənub bölgəsinə məhsuldar səfəri baş tutmuşdur

03 Fevral, 2023

OYU-nun dosenti  və tələbəsinin USAID özəl sektorun inkişafı layihəsi çərçivəsində Azərbaycanın cənub bölgəsinə məhsuldar səfəri baş tutmuşdur
Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov və Ekologiya fakültəsinin 4-cü kurs tələbəsi Xəyal İbrahimxəlilzadə USAID özəl sektorun inkişafı layihəsi çərçivəsində Azərbaycanın cənub bölgəsində yerləşən çiyələk fabrikinə səfər edərək, məhsulların yetişdirilməsi şəraiti ilə tanış olmuşlar. Səfər zamanı USAID Azərbaycan PSA layihəsinin giləmeyvəçilik üzrə aqronomu və "Çiyələk” adlı kitabın müəllifi Ədalət Nəhmətovla görüş baş tutmuşdur.
Məhsuldar səfər nəticəsində Özəl Sektor Fəaliyyətində (PSA) çiyələk yetişdirən benefisiarlar üçün yeni müasir suvarma metodları ilə bağlı birgə addımlar müzakirə edilmiş, bu işin gücləndirilməsi üçün kompleks tədbirlərinin sınaqdan keçirilməsi üçün sahələr müəyyən edilmiş və sahədə görüləcək işlər planlaşdırılmışdır.