Bakı Konqres Mərkəzində baş tutmuş Tələbə Gənclər Təşkilatlarının "ReBrend" Forumu keçirilmişdir. Forumun rəsmi hissəsi müxtəlif nominasiyalar üzrə TGT-lərin, TGT sədrlərinin və fəal üzvlərin mükafatlandırılması ilə yekunlaşmışdır. Odlar Yurdu Universiteti Tələbə Gənclər Təşkilatının sədri Sevgiyyə Əlizadə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən "İlin Tələbə Gənclər Təşkilatı sədri" adına layiq görülmüşdür. Bu münasibətlə Sevgiyyə xanımı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.