Odlar Yurdu Universiteti nəzdində yaradılmış Psixoloji Diaqnostika İnstitutunda prof. Rəşid Cabbarov tərəfindən hazırlanmış və tədris olunmuş bir aylıq "Peşəkar psixoloqların hazırlanması proqramı"nı uğurla başa vurmuş iştirakçıların təltifetmə mərasimi və superviziya prosesi baş tutmuşdur. Tədbirdə Psixoloji Diaqnostika İnstitutunun direktoru prof. Rəşid Cabbarov, Psixoloji Diaqnostika İnstitutunun Təlim və layihələrin təşkili üzrə direktor müavini David Poladov iştirak etmişlər.