OYU-nun professorunun “Arzuları reallaşan Ulu Öndər” əsəri FHN akademiyasında böyük coşqu ilə qarşılanmışdır

30 Yanvar, 2023

OYU-nun professorunun “Arzuları reallaşan Ulu Öndər” əsəri FHN akademiyasında böyük coşqu ilə qarşılanmışdır
Odlar Yurdu Universitetinin Dizayn kafedrasının müdiri, əməkdar rəssam, professor Soltan Atayevin “Arzuları reallaşan Ulu Öndər” əsəri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən və “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda olan tədbirin
açılışında nümayiş olunmuş və böyük coşqu ilə qarşılanmışdır. Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə, FHN-in əməkdaşları və Akademiyanın kursantları iştirak etmişlər.