Varşava şəhərində Kozminski Universitetində "Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu" adlı silsilə seminarlar çərçivəsində növbəti görüş baş tutmuşdur

30 Yanvar, 2023

Varşava şəhərində Kozminski Universitetində "Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu" adlı silsilə seminarlar çərçivəsində növbəti görüş baş tutmuşdur
Kozminski Universitetində baş tutmuş görüşdə Marketinq şöbəsinin nümayəndəsi Rene Helmans universitet haqqında hazırlanmış təqdimat ilə görüş iştirakçılarını tanış etmişdir.
Daha sonra Beynəlxalq Akkreditasiyalar və Reytinqlər şöbəsinin rəhbəri prof. Jontsa Martin Matia strategiya və akkreditasiya haqqında geniş məruzə etmişdir. Beynəlxalq əlaqələr üzrə prorektor, prof. Aleksandra Prşeqalinskaya və Kozminski Universitetinin təsir meneceri dr. Anna Korska "Davamlı keçid strategiyası" mövzusunda çıxış etmişdir. Beynəlxalq əlaqələr ofisinin direktoru Valentina Quminskaya və universitet əməkdaşı Kalina Blaşkeviç gələn qonaqlara Kozminski Universiteti ilə tanışlıq gəzintisi təşkil etmişlər.
Sözügedən tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, ölkəmizin on yeddi universitetindən beş nəfər rektor, müxtəlif sahələr üzrə prorektorlar və digər rəhbər şəxslər iştirak etmişlər.
Qeyd edək ki, həminki görüşdə Odlar Yurdu Universitetini Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dosent Qabil Qafarov təmsil etmişdir.