Odlar Yurdu Universitetinin Dillər kafedrasında növbəti elmi-metodiki seminar keçirilmişdir

13 Dekabr, 2022

Odlar Yurdu Universitetinin Dillər kafedrasında növbəti elmi-metodiki seminar keçirilmişdir
OYU-nun Dillər kafedrasının müəllimi və ingilis dilinə nəzarət komitəsinin rəhbəri Ülviyyə Nadir qızı İsmayılovanın “The English Language in Business” mövzusunda elmi-metodiki seminarı keçirilmişdir. Seminarda Dillər kafedrasının müdir müavini, dos. S.Abdurəhmanova, Keyfiyyətin təminatı departamentinin rəhbəri, prof. E.Hüseynov və kafedra əməkdaşları iştirak etmişlər.
Ülviyyə İsmayılova öz çıxışında müasir iş dünyasında ingilis dili biliyinin zəruriliyi, dilin gətirə biləcəyi karyera uğurları, beynəlxalq arenada hər bir sahədə tələb olunan xarici dil sertifikatlarının vəd etdiyi parlaq gələcək, o cümlədən iş mühitində xarici dillərə bələd olmağın faydaları haqqında geniş məlumat vermişdir. Daha sonra isə iclas iştirakçıları mövzu ətrafında geniş müzakirələr aparmış, məruzəçiyə suallar ünvanlamış və çıxışı müsbət dəyərləndirmişlər. Sonda Keyfiyyətin təminatı departamentinin rəhbəri, dos. E.Hüseynov mövzunun olduqca aktual və maraqlı olduğunu vurğulayaraq Ülviyyə İsmayılovaya pedaqoji və tədqiqatçılıq fəaliyyətində uğurlar arzulamışdır.