Odlar Yurdu Universitetində TKTA-nın növbəti təlimi təşkil olunmuşdur

21 Fevral, 2023

Odlar Yurdu Universitetində TKTA-nın növbəti təlimi təşkil olunmuşdur

Odlar Yurdu Universitetində “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” mövzusunda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) növbəti təlimi keçirilmişdir.
Universitet prorektorlarının, departament və kafedra müdirlərinin, professor-müəllim heyətinin iştirak etdiyi təlimdə Agentliyin Təlim və Metodologiya şöbəsinin müdiri Asiman İlyasov təhsilalanların qəbulu və əvvəlki kvalifikasiyalarının tanınması, təhsil proqramları, tədrisin təşkili, tədrisin metodları və üsulları, təlim və tədris resursları haqqında təlim iştirakçılarına ətraflı məlumatları nəzərə çatdırmışdır.
Çıxışdan sonra mövzu ətrafında müzakirələr aparılmış və təlim iştirakçıların suallarının cavablandırılması ilə davam etmişdir. Mövzu və çıxış təlim iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.