OŞTU-nun əməkdaşı ERASMUS+ akademik mobillik proqramı çərçivəsində Odlar Yurdu Universitetində

22 Fevral, 2023

OŞTU-nun əməkdaşı ERASMUS+ akademik mobillik proqramı çərçivəsində Odlar Yurdu Universitetində

ERASMUS+ akademik mobillik proqramı çərçivəsində Türkiyənin Orta Şərq Texniki Universitetinin Dizayn fabrikinin müdir müavini Dr. Serkan Alkan Odlar Yurdu Universitetində qonaq müəllim qismində iştirak etmişdir.
Programın birinci günü Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev ilə görüş baş tutmuşdur. Professor Əhməd Vəliyev qonaq müəllimi salamlamış və onu görməkdən məmnunluğunu bildirmişdir.
Daha sonra OYU-nun İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri, dos. Rahib İmamquliyev gələn qonağı universitetlə tanış etmişdir.
Programın növbəti günündə Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının təşkilatçılığı ilə “Göz hərəkətini izləmə cihazı tədqiqat aləti kimi: Demo” mövzusunda elmi seminar və tələbələr üçün master-klass keçirilmişdir. Mövzu ətrafında Dr. Serkan Alkan təqdimatla çıxış etmişdir. Təqdimatda göz izləmə nədir, göz izləmə tətbiqlərinin faydaları, imkanları və məhdudiyyətləri haqqında ətraflı məlumat verilmişdir.
Tədbir çərçivəsində tələbələr üçün keçirilmiş master-klassda Dr. Serkan Alkan bu sahə üzrə bilik və təcrübələrini tələbələrlə bölüşmuşdur.
Qeyd edək ki, seminarda Odlar Yurdu Universitetin prorektorları, İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri, professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.