OYU-da “Startup Grind Baku Hub” icmasının həmdirektoru ilə məhsuldar görüş baş tutmuşdur

23 Fevral, 2023

OYU-da “Startup Grind Baku Hub” icmasının həmdirektoru ilə  məhsuldar görüş baş tutmuşdur
Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov və İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Rəvanə Göyüşlünün “Startup Grind Baku Hub” icmasının həmdirektoru Nikita Yudinlə məhsuldar görüş baş tutmuşdur.
Görüş zamanı Nikita Yudin “Silikon Vadisi”ndə yaradılan və 600-dən çox mərkəzdə 2 milyondan çox sahibkarı maarifləndirən və birləşdirən ən böyük müstəqil startap cəmiyyəti olan “Startup Grind” hərəkatı haqqında məlumat vermişdir. O bildirmişdir ki, bu gün “Startup Grind” dünyanın ən böyük startaplar, təsisçilər, innovatorlar və yaradıcılar birliyidir.
Odlar Yurdu Universiteti və “Startup Grind Baku Hub” icması arasında olan məhsuldar görüşün nəticəsi olaraq növbəti aylarda tələbələr üçün startaplarla baglı marifləndirici seminarların keçirilməsi nəzərdə tutulmuşdur.