Odlar Yurdu Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin növbəti təlimi təşkil olunmuşdur

24 Fevral, 2023

Odlar Yurdu Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin növbəti təlimi təşkil olunmuşdur

Odlar Yurdu Universitetində “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” mövzusunda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) növbəti təlimi keçirilmişdir.
Odlar Yurdu Universitetinin prorektorlarının, departament və kafedra müdirlərinin, professor-müəllim heyətinin iştirak etdiyi təlimdə Agentliyin Təlim və Metodologiya şöbəsinin müdiri Asiman İlyasov təlim və tədris, elmi-tədqiqat, idarəetmə sistemi, infrastruktur və beynəlmiləlləşmə sahələri haqqında təlim iştirakçılarına ətraflı məlumatları nəzərə çatdırmışdır.
Çıxışdan sonra mövzu ətrafında müzakirələr aparılmış və təlim iştirakçıların suallarının cavablandırılması ilə davam etmişdir. Mövzu və çıxış təlim iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.