2022-ci il May ayının 27-də Bakıda "British School in Baku" illik beynəlxalq "Summer Bazaar" adlı tədbir keçirdi.

27 May, 2022

2022-ci il May ayının 27-də Bakıda "British School in Baku" illik beynəlxalq "Summer Bazaar" adlı tədbir keçirdi.

2022-ci il May ayının 27-də Bakıda "British School in Baku" illik beynəlxalq "Summer Bazaar" adlı tədbir keçirdi. Bu tədbir 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr olunmuşdur və tədbirdə toplanan vəsait xeyriyyə fonduna bağışlanmışdır. Tədbirdə "British School in Baku"-nun tələbələri incəsənət və sənətkarlıq məmulatları hazırlayıb, çörək satışı həyata keçirib, lotereya biletlərini satıb, xeyriyyəçilik məqsədi ilə vəsait toplamaq üçün iştirak ediblər.

Tədbirdə Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, "British School in Baku"-nun rəhbərlər şurasının sədri Dr. Samir Vəliyev, Odlar Yurdu Universitetindən qonaqlar, Hindistan səfiri cənab Vanlalvawna, İraq səfirinin xanımı xanım Luma Almomari və digər diplomatlar iştirak ediblər. Əlcəzair, Çin, Misir, Almaniya, Gürcüstan, Hindistan, İndoneziya, İraq, Yaponiya, Qazaxıstan, Portuqaliya, Cənubi Afrika və Türkiyə səfirliklərindən gələnlər "Summer Bazaar"-da öz ölkələrini təmsil edirdilər. Tədbirin rəsmi hissəsi ibtidai və orta məktəblilərin əyləncəsi ilə davam etmişdir.