OYU-nun professoru Elşad Məmmədov Rusiya-Azərbaycan Ekspert Şurasının üzvü təyin edilmişdir

01 Mart, 2023

OYU-nun professoru Elşad Məmmədov Rusiya-Azərbaycan Ekspert Şurasının üzvü təyin edilmişdir

Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, professor Elşad Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yaradılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiya Xarici İşlər Nazirliyinin təsis etdiyi Rusiya Beynəlxalq Məsələlər Şurası (RBMŞ) tərəfindən formalaşdırılmış Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) üzvü təyin edilmişdir.
Dünən Rusiya-Azərbaycan Ekspert Şurasının üzvlərinin Bakıda Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunmuş konfrans formatında iclası keçirilmişdir. Iclasda iki ölkə arasında, eləcə də regional müstəvidə əməkdaşlığa dair geniş müzakirələr və fikir mübadiləsi aparılmışdır.