“Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminar İsveçin paytaxtı Stokholmda keçirilmişdir

06 Mart, 2023

“Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminar İsveçin paytaxtı Stokholmda keçirilmişdir

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində növbəti səfər İsveçin paytaxtı Stokholm şəhərinə baş tutmuşdur. Fevralın 27-də başlanan səfər martın 3-ü başa çatmışdır.
Stokholm şəhərində yerləşən İsveçin Kral Texnologiya İnstitutu ev sahibliyi etmişdir. Kral Texnologiya İnstitutunun dəvəti ilə reallaşan səfər ali təhsil sisteminin inkişaf etdirilməsinə, o cümlədən universitetlərdə tədqiqat və karyera inkişafının müxtəlif aspektlərinə həsr olunmuşdur. Kral Texnologiya Universiteti və İspaniya universitetlərindəki tədqiqat fəaliyyəti, tədqiqatda keyfiyyət və innovasiya, tədqiqatçıları dəstəkləyən nəşr infrastrukturu məsələləri barədə müzakirələr aparılmışdır.
Sözügedən təlimlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, Azərbaycanın 16 ali təhsil müəssisəsindən rektorlar, müxtəlif sahələr üzrə prorektorlar və digər rəhbər şəxslər iştirak etmişdilər.
Qeyd edək ki, təlimlərdə Odlar Yurdu Universitetini Elmi işlər üzrə prorektor, prof. Tərlan Abdullayev təmsil etmişdir.