OYU-nun Filologiya və humanitar fənlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

06 Mart, 2023

OYU-nun Filologiya və humanitar fənlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müəllimi fil.ü.f.d. Sevinc Qəmbərovanın “Azərbaycan dilinin dialektoloji atlasları” mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
Seminara AMEA Nəsimi adına Dilçilik İnstitunun Dialektologiya şöbəsindən mütəxəssislər dəvət olunmuşlar. Fil.ü.f.d.Sevinc Qəmbərova 1990-cı ildə nəşr olunan “Azərbaycan dilinin dialektoloji atlası” və 2015-ci ildə işıq üzü görən “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” barədə məlumat vermişdir. Daha sonra isə 2022-ci ildə dərc olunan “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın həmmüəlliflərinə söz verilmişdir. Qeyd edək ki, dos. Qüdsiyyə Qəmbərova atlasın “Morfologiya”, “Feil”, “Köməkçi nitq hissələri”, dos. Güntəkin Binnətova “Leksika”, fil.ü.f.d. Səkinə Şərifova isə “Sintaksis” hissələrini tərtib etmişlər. Seminarda kafedranın müdir müavini, dos. Osman Musayev və kafedranın professor-müəllim heyəti iştirak etmişdir.
Çıxışlar professor-müəllim heyəti və tələbələr tərəfindən böyük maraqla qarşılanmış və seminar sual-cavabla yekunlaşmışdır.