Azərbaycan Respublikasının müstəqilliyinin 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

28 May, 2022

Azərbaycan Respublikasının müstəqilliyinin 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Odlar Yurdu Universitetinin akt zalında Azərbaycan Respublikasının müstəqilliyinin 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanmışdır. Daha sonra tədbiri Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev açaraq professor-müəllim heyətini və tələbələri salamlamış və bu əlamətdar gün münasibətilə ilə təbrik etmişdir.
Professor Əhməd Vəliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa müddət ərzində əldə olunan nailiyyətlərdən və 23 aylıq fəaliyyətindən bəhs etmişdir.
Daha sonra Ümumilli Lider Heydər Əliyev və Ulu Öndərin uğurlu davamçısı olan cənab İlham Əliyevin ölkəmizə olan tarixi xidmətlərindən və uzaqgörən siyasətləri barəsində tədbir iştirakçılarına məlumat vermişdir.
Tədbirdə Odlar Yurdu Universiteti və kollecin tələbələri tərəfindən klassik musiqiyə aid nümunələr ifa olunub.
Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Odlar Yurdu Universitetinin və Odlar Yurdu kollecinin tələbələri arasında “Biz səndən danışırıq Şuşam” adlı “Gənc yazarlar” (hekayə, şeir, oçerk, nağıl) və eləcə də Şuşa şəhərinin tarixindən, görkəmli şəxslərin həyat və fəaliyyətindən bəhs edən “breyn-rinq” məntiq və bilik yarışının qaliblərinə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev tərəfindən fəxri fərmanlar təqdim olunmuşdur.