Odlar Yurdu Universitetində “Digital Azerbaijan Transformation Assessment” akademiyası fəaliyyətə başlayır
31 Mart, 2023
Universitetimizdə açılacaq akademiyanın əsas məqsədləri: 1) Dördüncü sənaye inqilabının (INDUSTRY 4.0) çağırışlarına cavab verən kadrlar hazırlamaq. 2) Azərbaycanın “Data” rəqəmsal iqtisadiyyatına keçidini təmin edə biləcək milli kadrların hazırlanmasına töhfə verməkdir. Akademiyada aşağıdakı elit texniki istiqamətlər üzrə əmək bazarının tələbinə uyğun kadrlar hazırlanacaqdır: Proqram mühəndisliyi Proqram developerləri Bulud mühəndisliyi Data mühəndisliyi Maşınla öyrətmə Əşyalar interneti (IoT) Süni intellekt Robot mühəndisliyi iOS və Android proqramlaşdırma Blokçeyn texnologiyası Artırılmış və virtual reallıq (AR və VR) Kompüter şəbəkələri və şəbəkə təhlükəsizliyi IMT 2020 simsiz texnologiyaları Akademiyada dərslər xaricdən dəvət olunmuş və bu istiqamətlərdə təcrübəsi olan peşəkar müəllimlər tərəfindən tədris olunacaqdır.
Bizimlə əlaqə Mobil/Whatsapp: 055-465-85-27 Instagram: oyu_edu Facebook: Odlar Yurdu Universiteti