Odlar Yurdu Universitetinin müəllimi və tələbələri "Qloballaşma dövründə türk dünyası: çağırışlar, perspektivlər" Beynəlxalq tələbə elmi konfransında iştirak ediblər

28 May, 2022

Odlar Yurdu Universitetinin müəllimi və tələbələri "Qloballaşma dövründə türk dünyası: çağırışlar, perspektivlər" Beynəlxalq tələbə elmi konfransında iştirak ediblər

Odlar Yurdu Universitetinin müəllimi, Filologiya üzrə fəlsəfə doktoru Sevinc Qəmbərovanın elmi rəhbərliyi ilə magistrant Tuğra Xəlilova, 3-cü kurs tələbələri İncə Bəşirzadə, Fatimə Babayeva, 2-ci kurs tələbəsi Şəlalə Abbasova Xəzər Universitetində keçirilən "Qloballaşma dövründə türk dünyası: çağırışlar, perspektivlər" Beynəlxalq tələbə elmi konfransında məruzə edərək sertifikatlarla təltif olundular.
Elmi konfransın məqsədi dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarının tələbə, magistrant və doktorantlarını bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri, təcrübələri paylaşmaq, ortaq problemləri təhlil etmək və onların həll yolları üçün təkliflər irəli sürmək, həmçinin gənclərin elmə olan marağını artırmağdır.