OYU-da Təhsil Tələbə Krediti Fondu ilə maarifləndirici görüş keçirilmişdir

07 Aprel, 2023

OYU-da Təhsil Tələbə Krediti Fondu ilə maarifləndirici görüş keçirilmişdir
Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Xəlilova tərəfindən OYU-da Odlar Yurdu Kolleci tələbələrin maarifləndirilməsi məqsədilə görüş keçirilmişdir.
Görüşdə Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarov, Odlar Yurdu Kollecinin icraçı direktoru Mətanət Muradova və tələbələr iştirak etmişlər.
Görüşdə Günay Xəlilova tərəfindən kollec tələbələrinə TTKF-nin fəaliyyət istiqamətləri, müraciət qaydaları, tələbələr üçün yaradılan imkanlar və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilmişdir.
Daha sonra tədbir iştirakçılarının tələbə kreditləri barədə təklifləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.