OYU-nun Riyaziyyat, informatika və statistika kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

10 Aprel, 2023

OYU-nun Riyaziyyat, informatika və statistika kafedrasının elmi-metodiki seminarı keçirilmişdir
Odlar Yurdu Universitetinin Riyaziyyat, informatika və statistika kafedrasının müəllimi Pərvanə İbadovanın “İnteraktiv təhsildə yeni texnologiyaların tətbiqi problemləri” mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
Seminarda Odlar Yurdu Universitetinin Riyaziyyat, informatika və statistika kafedrasının müdiri, f.r.e.n., prof. Mübariz Vəliyev, Keyfiyyətin təminatı və qiymətləndirmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov və kafedranın professor-müəllim heyəti iştirak etmişdirlər.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.