OYU-da tələbələr üçün “Startup Grind Baku”nun seminarı təşkil olunmuşdur

13 Aprel, 2023

OYU-da tələbələr üçün “Startup Grind Baku”nun seminarı təşkil olunmuşdur
Odlar Yurdu Universitetində tələbələr üçün OYU-nun Karyera və təcrübə mərkəzi və “Startup Grind Baku”nun birgə təşkil olunmuş seminarı keçirilmişdir.
Seminarda Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov, İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri, dos. Rahib İmamquluyev, kafedranın professor-müəllim heyəti, İnnovasiya və rəqəmsal inkişaf agentliyində layihə koordinatoru Rüstəm Mədətzadə, “Startup Grind Baku” icmasının meneceri Taleh Dursunzadə və universitetimizin tələbələri iştirak etmişdirlər.
Seminarda Rüstəm bəy və Taleh bəy “Startap nədir?”, “Startapın əsası nəyə istinad edir?”, “Komanda tərkibi necə olmalıdır?”, “Startapın maddi-texniki bazasının qurulması”, “Əməliyyatların, komandanın və büdcənin idarə olunması” və “Biznes modeli” mövzuları haqqında tələbələrə ətraflı məlumatları nəzərə çatdırmışdırlar.
Seminar zamanı tələbələri maraqlandıran suallar cavablandırılmiş və onlara mövzular üzrə lazımi rəy və tövsiyələr verilmişdir. Mövzu və çıxış seminar iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir. Seminarın sonunda xatirə şəkli çəkdirilmişdir.