Odlar Yurdu Universiteti “Azeri National H-index Ranking-2023” reytinqinə görə universitlər arasında ön sıralarda

18 Aprel, 2023

Odlar Yurdu Universiteti “Azeri National H-index Ranking-2023” reytinqinə görə universitlər arasında ön sıralarda

18.04.2023-cü il tarixində olan məlumata görə, 2023-cü ilin ikinci rübünün elmi nəticələrinə əsasən, ölkədə fəaliyyət göstərən universitet və elmi-tədqiqat institutlarının beynəlxalq səviyyədə reytinq sıralanması - “Azeri National H-index Ranking-2023” açıqlanmışdır.
Odlar Yurdu Universiteti milli H-indeksi (National H-index) sıralamasına görə özəl universitetlər arasında 3-cü yerdədir.
Nəticə etibarilə “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksinə (H-index) görə, Azərbaycanda lider elmi təşkilatların reytinq siyahısı müəyyən edilmişdir. Bundan əlavə, ölkənin ən yaxşı 1000 elmi işçisinin ayrıca reytinq göstəriciləri “Scopus” və “Google Scholar”dakı Hirş indeksinə əsasən dərc olunmuşdur. Reytinq göstəricilərində Odlar Yurdu Universitetinin əməkdaşı ilk 100-lüyə daxil olmuşdur.
Qeyd edək ki, "Azeri National H-index Ranking” Azərbaycanda araşdırıcılara vacib bir alət hesab olunur, onlara elmi məhsuldarlıqlarını və dünya elmi arenasındakı təsirlərini qiymətləndirmək və elmi fəaliyyətlərini daha səmərəli şəkildə inkişaf etdirmək üçün ən effektiv strategiyaları müəyyənləşdirməyə kömək məqsədi daşıyır.