OYU-da “Ədəbiyyatda Heydər Əliyev obrazı-tarixi şəxsiyyətdən bədii ideala” adlı konfrans keçirilmişdir

19 Aprel, 2023

OYU-da “Ədəbiyyatda Heydər Əliyev obrazı-tarixi şəxsiyyətdən bədii ideala” adlı konfrans keçirilmişdir

Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatda Heydər Əliyev obrazı-tarixi şəxsiyyətdən bədii ideala” adlı konfrans keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda Heydər Əliyevin Azərbaycan ədəbiyyatına qayğısı, milli məfkurəmizdə yer almış Heydər Əliyev fenomeninin genezisi və Ulu Öndərin ədəbiyyatda yaradılmış bədii obrazı ilə bağlı geniş məruzələr dinlənilmiş, Heydər Əliyevin həyatı ilə bağlı videoçarxlar izlənilmiş və fakültə tələbələrinin ifasında şeirlər dinlənilmişdir.
Tədbirdə Odlar Yurdu Universitetinin prorektorları, departament və kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.
Tədbir Odlar Yurdu Universitetinin prorektorları və Birləşmiş fakültələr departamentinin rəhbərinin çıxışları ilə yekunlaşmışdır.