OYU-da Elmi-Metodiki Şurasının iclası keçirilmişdir

21 Aprel, 2023

OYU-da Elmi-Metodiki Şurasının iclası keçirilmişdir

Odlar Yurdu Universitetinin Elmi-Metodiki Şurasının iclası keçirilmişdir.
Universitetin Elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev iştirakçıları iclasın gündəliyi ilə tanış etmişdir.
Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektor, professor Fəxrəddin Məmmədov Azərbaycan üzrə universitetlər və universitetlərdə fəaliyyət göstərən elmi işçilərin “Azeri National H-index Ranking-2023” qiymətləndirmələrinin təhlili ilə bağlı, professor Tərlan Abdullayev İsveçdə baş tutmuş “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı seminarda iştirakının nəticələrinin barədə, İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri, dosent Rahib İmamquliyev Akkreditasiya zamanı kafedraların elmi işləri üzrə qiymətləndirməsini nəzərdə tutan sənədlərin müzakirəsi ilə əlaqədar çıxışlar etmişlər.
Elmi Şuranın iclası gündəlikdə duran digər cari məsələlərin müzakirəsi ilə başa çatmışdır.