OYU-nun Biologiya və ekologiya kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

26 Aprel, 2023

OYU-nun Biologiya və ekologiya kafedrasının elmi-metodiki seminarı keçirilmişdir
Elmi-metodiki seminarda Biologiya və ekologiya kafedrasının müəllimi Yeganə Bəşirova “Həyat fəaliyyətini təmin edən əsas tədbirlər” mövzusunda məruzə ilə çıxış etmişdir.
Daha sonra kafedranın a.e.f.d., dos. Ramil Sadıqov "Azərbaycanda təbii fəlakətlərin yaratdığı ekoloji problemlər" mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
Seminarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndələri, Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev, Birləşmiş Fakültələr Departamentinin rəhbəri, dos. Aynurə Qurbanova, Biologiya və ekologiya kafedrasının müdiri, a.e.f.d., dos. Tamilla Kərimova, kafedranın professor-müəllim heyəti və tələbələri iştirak etmişdirlər.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçilərə ünvanlanan suallar cavablandırılmışdır.