OYU-nun tələbələri akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş videoçarxı təqdim edir

28 Aprel, 2023

OYU-nun tələbələri akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş videoçarxı təqdim edir
28.04.2023-cü il tarixində görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illik yubileyi qeyd olunur.
Bu münasibətlə Odlar Yurdu Universitetinin tələbələri tərəfindən hazırlanmış görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş və onun şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən videoçarxı sizlərə təqdim edirik.