OYU-nun tələbələri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş elmi konfransda iştirak etmişlər

01 May, 2023

OYU-nun tələbələri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş elmi konfransda iştirak etmişlər
Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müəllimləri fil.ü.f.d. Sevinc Qəmbərova və Rəvanə Məmmədovanın elmi rəhbərliyi ilə filologiya ixtisası üzrə təhsil alan 4-cü və 3-cü kurs tələbələri Bakı Mühəndislik Universitetində təşkil olunan və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı”nda iştirak etmişlər.
Qeyd edək ki, konfransa 1800-ə yaxın təqdim olunan elmi tezisin 600-a qədəri elmi heyətin rəyinə əsasən qəbul olunmuşdur. Dilçiliyin müxtəlif sahələrinə aid uğurlu məruzələr edən tələbələr sertifikatlarla təltif olunmuşlar.
Gənclərin elmə olan marağını daha da artırmağı hədəfləyən konfransın əsas məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, təhlil etməkdir.