OYU-nun rektoru Kırşehir Ahi Evran Universitetinin professoru ilə görüşmüşdür

04 May, 2023

OYU-nun rektoru Kırşehir Ahi Evran Universitetinin professoru ilə görüşmüşdür

Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev Kırşehir Ahi Evran Universitetinin professoru, dr. Ahmet Kazankaya ilə görüşmüşdür.
Görüşdə Azərbaycanla Türkiyə arasında elm və təhsil sahəsində daimi əməkdaşlıq münasibətlərdən danışılmış və ölkələrimiz arasında təhsil sahəsindəki əməkdaşlığın inkişafı nəzərə çatdırılmışdır.
Professor Əhməd Vəliyev qeyd etmişdir ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da uğurla davam etdirilməkdədir.
Kırşehir Ahi Evran Universitetinin professoru, dr. Ahmet Kazankaya bu görüşdən məmnun olduğunu qeyd etmiş və Odlar Yurdu Universitetində belə bir konqresin yüksək səviyyədə təşkil olunmasında professor Əhməd Vəliyevə öz təşəkkürünü bildirmişdir.
Sonda Kırşehir Ahi Evran Universitet adından cənab rektorumuza təşəkkürnamə təqdim olunmuşdur.