Odlar Yurdu Universitetində “İNTELLEKT” qrupları ilə bağlı tələbələrlə növbəti görüş keçirilmişdir

08 May, 2023

Odlar Yurdu Universitetində “İNTELLEKT” qrupları ilə bağlı tələbələrlə növbəti görüş keçirilmişdir
İlk öncə, görüşü OYU-nun Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dos. Qabil Qafarov açaraq, tələbələri salamlamış və görüş haqqında ümumi məlumat vermişdir.
Görüşdə universitetimizin tələbələri üçün əlavə ixtisas yönümlü dərslərin keçirilməsi, əmək bazarının tələblərinə uyğun olaraq sahələr üzrə ən müasir proqramlaşdırma və xarici dillərin öyrədilməsi, ayrı-ayrı ixtisaslar üzrə ekspertlərin dəvət olunması, ali təhsil sistemində yeni və fərqli mühitin yaradılması ilə bağlı məsələlər müzakirə olunmuş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Sonra Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektor, prof. Fəxrəddin Məmmədov çıxış edərək “İNTELLEKT” qruplarının yaradılmasında əsas məqsəd beynəlxalq rəqabətə davamlı, savadlı, bacarıqlı peşəkar kadr hazırlığını həyata keçirməkdən ibarət olduğunu qeyd etmişdir.
Daha sonra Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov və universitetimizin kafedra müdirləri öz çıxışlarında “İNTELLEKT” qrupları ilə bağlı fikirlərini bildirmişlər.
Görüşdə Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektor, prof. Fəxrəddin Məmmədov, Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dos. Qabil Qafarov, Elmi işlər üzrə prorektor, prof. Tərlan Abdullayev, Birləşmiş Fakültələr Departamentinin rəhbəri, dos. Aynurə Qurbanova, Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov, kafedra müdirləri və Odlar Yurdu Universitetinin tələbələri iştirak etmişlər.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.