OYU-nun dosenti "Azerobot" Tədris Mərkəzinin tədbirində iştirak etmişdir

08 May, 2023

OYU-nun dosenti "Azerobot" Tədris Mərkəzinin tədbirində iştirak etmişdir

Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov "Azerobot" Tədris Mərkəzinin təşkilatçılığı ilə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən tədbirdə iştirak etmişdir.
Qeyd edək ki, keçirilən tədbirin əsas məqsədi gənclərə motivasiya vermək, texnologiyaların dünyaya inteqrasiyası, tələbələrin mütəxəssis kimi xarici ölkələrdə ölkəmizi təmsil etməsi və gələcəkdə avtomatlaşdırma sahəsində yeni vakansiyalarda yerli mütəxəssislərin yer tutmasıdır.
Tədbirin sonunda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçilərə ünvanlanan suallar cavablandırılmışdır.