Bu gün İkinci Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin qazanılmasından 78 il ötür

09 May, 2023

Bu gün İkinci Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin qazanılmasından 78 il ötür

Odlar Yurdu Universiteti adından 1941-1945-ci illər müharibəsinin ağır və çətin sınaqlarından keçmiş Böyük Vətən müharibəsinin veteranlarını Qələbə Günü münasibətilə təbrik edir, onlara uzun ömür və möhkəm cansağlığı arzulayırıq və tariximizə şanlı qələbələr yazan qəhrəman soydaşlarımızı dərin hörmət və minnətdarlıqla yad edirik!
Qeyd edək ki, İkinci Dünya müharibəsində Azərbaycan xalqı faşizm üzərində tarixi qələbəyə böyük töhfə vermişdir. Faşizm üzərində bu tarixi qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir.
Müharibə illərində Azərbaycan xalqı arxa cəbhədə də əzmkarlıq nümayiş etdirmiş, Bakı nefti qələbənin qazanılmasında əvəzsiz rol oynamışdır.