OYU-nun Dillər kafedrasının açıq dərsi keçirilmişdir

11 May, 2023

OYU-nun Dillər kafedrasının açıq dərsi keçirilmişdir
Odlar Yurdu Universitetinin Dillər kafedrasının müəllimi Arzu Zeynallının ölkəşünaslıq fənnindən “International day” mövzusuna həsr olunmuş açıq dərsi keçirilmişdir. Dərsdə tələbələr məruzələrlə çıxış etmiş, müxtəlif xalqların mədəniyyətini, adət-ənənələrini və mətbəxini təqdim etmişdilər.
Sonda tələbələrlə açıq dərs mövzusu ilə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
Qeyd edək ki, dərsdə Dillər kafedrasının müdir müavini, filologiya üzrə fəlsəfə doktoru, dos. Səadət Abdurəhmanova və kafedranın professor-müəllim heyəti iştirak etmişlər.