OYU-da Biologiya və ekologiya kafedrasının tələbələri üçün təlim təşkil olunmuşdur

11 May, 2023

OYU-da Biologiya və ekologiya kafedrasının tələbələri üçün təlim təşkil olunmuşdur
Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Ağac və kol bitkilərinin introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Elnarə Salahova tərəfindən tələbələrimiz üçün “Zirinc cinsinə adi olan növlərin tətbiq sahələri” mövzusunda təlim təşkil olunmuşdur.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Qeyd edək ki, təlimdə Biologiya və ekologiya kafedrasının müdiri, a.e.ü.f.d., dos. Tamilla Kərimova, kafedranın professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.