OYU-da “Heydər Əliyev və Azərbaycan tarixi” adlı seminar keçirilmişdir

12 May, 2023

OYU-da “Heydər Əliyev və Azərbaycan tarixi” adlı seminar keçirilmişdir
Odlar Yurdu Universitetində Filologiya və humanitar fənlər kafedrasının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı seminarı keçirilmişdir.
OYU tələbələrinin "Heydər Əliyev və Azərbaycan dili”, "Heydər Əliyev və Azərbaycan incəsənəti", “Heydər Əliyev və ədəbiyyat”, “Heydər Əliyev və Əsrin müqaviləsi” və “Heydər Əliyev və 20 Yanvar” mövzularında məruzələri dinlənilmişdir.
Çıxışlar professor-müəllim heyəti və tələbələr tərəfindən böyük maraqla qarşılanmış və seminar sual-cavabla yekunlaşmışdır.
Qeyd edək ki, seminarda Filologiya və humanitar fənlər kafedrasının müdir müavini, dos. Osman Musayev, Beynəlxalq münasibətlər və turizm kafedrasının müdir müavini Səbinə Əliyeva, OYU-nun professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.