OYU-da “Ustad dərsi”nin qonağı şair-tərcüməçi Fərid Hüseyndir

15 May, 2023

OYU-da “Ustad dərsi”nin qonağı şair-tərcüməçi Fərid Hüseyndir
Odlar Yurdu Universitetinin Filologiya ixtisası üzrə 648 F1 “İNTELLEKT” qrupunda “Ustad dərsi”nin qonağı, fil.ü.f.d., Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, Prezident təqaüdçüsü, şair-tərcüməçi Fərid Hüseyn olmuşdur.
Dərsin əvvəlində OYU-nun Filologiya və humanitar fənlər kafedrasının professoru Rüstəm Kamal qonağı tələbələrə təqdim etmiş, onun elmi və bədii yaradıcılığı haqqında qısa məlumat vermişdir.
F.Hüseyn XX əsr Portuqaliya ədəbiyyatının klassiki, Nobel mükafatı laureatı Jose Saramaqonun “Korluq”, “İsanın İncili”, “Təxirə salınmış ölüm” romanlarını geniş təhlil edərək, metafizik məsələlərə aydınlıq gətirmişdir.
Şair-tərcüməçi Fərid Hüseynin çıxışı tələbələr tərəfindən böyük maraqla qarşılanmış və seminar sual-cavabla yekunlaşmışdır.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.