OYU-nun İnformasiya texnologiyaları və mühəndislik kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

15 May, 2023

OYU-nun İnformasiya texnologiyaları və mühəndislik kafedrasının elmi-metodiki seminarı keçirilmişdir
İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi, f.r.e.n. Elçin Allahyarovun “Müasir tədris prosesində rəqəmsal laboratoriyaların tətbiqi” mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
Seminarda mövzu ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Qeyd edək ki, seminarda Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri, dos. Rahib İmamquliyev, kafedranın professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.