OYU-da “Layihələrin idarə edilməsi və layihələrin həyat dövrü” mövzusunda təlim keçirilmişdir

16 May, 2023

OYU-da “Layihələrin idarə edilməsi və layihələrin həyat dövrü” mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası tərəfindən Biznes idarəçiliyi və iqtisadiyyat fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri üçün "Layihələrin idarə edilməsi və layihələrin həyat dövrü" mövzusunda təlim təşkil olunmuşdur.
Təlim dəvət olunan "ARTEK Consulting" MMC-nin təsisçisi və direktoru Artyom Kireyev tərəfindən keçirilmişdir.
Keçirilən təlimin məqsədi layihələrin müvəffəqiyyətlə idarə olunması üçün tələbələrin peşəkar bilik və bacarıqlarının artırılması və təkmilləşdirilməsi, layihələrin hazırlanması və idarə olunması, donorlarla əlaqələrin qurulması, fandreyzinq imkanlarının artırılması və müvafiq istiqamətlərdə praktiki addımların atılmasına dair geniş məlumat təqdim etməkdən ibarət olmuşdur.
Təlimdə Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., prof. Elşad Məmmədov, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.