OYU-da “PashaPay” MMC-nin təqdimatı keçirilmişdir

16 May, 2023

OYU-da “PashaPay” MMC-nin təqdimatı keçirilmişdir
Odlar Yurdu Universitetində tələbələr üçün “PashaPay” MMC-nin B2B satış şöbəsinin müdiri Elçin Allahverdiyev tərəfindən m10 mobil tətbiqinin təqdimatı keçirilmişdir.
Təqdimatda m10-a sahib olmaq və ondan istifadə etmək qaydasından, m10 istifadəçilərinin əldə etdiyi üstünlüklərdən, m10 mobil tətbiqinin sərfəli təkliflərlərindən və qabaqcıl texnoloji həllərindən bəhs edilmişdir.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Qeyd edək ki, təqdimatda Odlar Yurdu Universitetinin Birləşmiş Fakültələr Departamentinin rəhbəri, dos. Aynurə Qurbanova və universitetimizin tələbələri iştirak etmişlər.