OYU-da “Peşə seçiminin aktual problemləri” mövzusunda təlim keçirilmişdir

17 May, 2023

OYU-da “Peşə seçiminin aktual problemləri” mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetinin Psixologiya, pedaqogika və sosial fənlər kafedrası tərəfindən Pedaqoji, humanitar və dillər fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri üçün "Peşə seçiminin aktual problemləri" mövzusunda təlim təşkil olunmuşdur.
Təlim dəvət olunan ADPU-nun Məktəbəqədər təhsil kafedrasının müdiri, p.e.d., prof. Müseyib İlyasov tərəfindən keçirilmişdir.
Təlimdə Odlar Yurdu Universitetinin Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müdiri, p.e.d., prof. Rəşid Cabbarov, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.