OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının açıq dərsi keçirilmişdir

17 May, 2023

OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının açıq dərsi keçirilmişdir
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi Elbrus Novruzovun mühasibat uçotu fənnindən “Kapitalların (fondların) uçotu və öhdəliklərin uçotu” mövzusuna həsr olunmuş açıq dərsi keçirilmişdir.
Açıq dərsdə kapitalların (fondların) nə olduğunu, nədən ibarət olduğunu, əmələ gəlməsi, mühasibat uçotuna qeydə alınması, analitik və sintetik uçotu və hesablar planı üzrə hərəkəti haqqında bəhs edilmişdir.
Sonda tələbələrlə açıq dərs mövzusu ilə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
Qeyd edək ki, açıq dərsdə İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.