OYU-nun əməkdaşları beynəlxalq forumda iştirak etmişlər

22 May, 2023

OYU-nun əməkdaşları beynəlxalq forumda iştirak etmişlər
Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov, Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev, Birləşmiş Fakültələr Departamentinin rəhbəri, dos. Aynurə Qurbanova, Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov, Dillər kafedrasının müdir müavini, f.f.d., dos. Səadət Abdurəhmanova, kafedranın müəllimləri Мətanət Xanpaşayeva və Emma Seidova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak etmişlər.
İki gün davam etmiş forumda keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq və milli təşkilatlarının rəhbərlərinin iştirakı ilə panel müzakirələr, ali təhsil müəssisələrinin nümayəndələri üçün beynəlxalq ekspertlər tərəfindən seminarlar keçirilmişdir.
Qeyd edək ki, keçirilən forumun məqsədi tədris və təlimdə keyfiyyətin təmin edilməsi, daxili və xarici keyfiyyət təminatı, ali təhsil müəssisələrində tədqiqat potensialının inkişafı məsələlərini müzakirə etməkdir.