OYU-da “Təşviş pozuntusu və onun korreksiyası” mövzusunda təlim keçirilmişdir

22 May, 2023

OYU-da “Təşviş pozuntusu və onun korreksiyası” mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetinin Psixologiya, pedaqogika və sosial fənlər kafedrası tərəfindən Sosial iş və psixologiya fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri üçün "Təşviş pozuntusu və onun korreksiyası" mövzusunda təlim təşkil olunmuşdur.
Təlim dəvət olunan BDU-nun doktorantı Səyyarə Yusifova tərəfindən keçirilmişdir.
Təlimdə Odlar Yurdu Universitetinin Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müdiri, p.e.d., prof. Rəşid Cabbarov və Sosial iş və psixologiya fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri iştirak etmişlər.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.